AZ

Rusiyada azərbaycanəsilli yeniyetmə terror aktında ittiham olunur

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sankt-Peterburqun Moskovski prospektində yeniyetmə polis postunu yandırıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şübhəli 14 yaşlı azərbaycanəsilli şəxs artıq saxlanılıb.

Yeniyetmə bildirib ki, sosial şəbəkələr vasitəsilə naməlum şəxs onunla əlaqə saxlayıb və keçmiş polis postunu yandırmaq lazım olduğunu bildirib. Bunun üçün məktəbliyə 250 min rubl mükafat vəd edilib.

Oğlan göstərişlərə əməl edərək "Molotov kokteyli" hazırlayıb və qeyd olunan obyektə atıb.

Polis yeniyetməyə qarşı terror aktı maddəsi ilə cinayət işi açıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
8
oxu.az

9Mənbələr