AZ

Lukas Paqueta “Mançester Siti”nin hədəfində

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paqueta karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Globo Esporte"yə istinadən məlumatına görə, braziliyalı futbolçu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq şansı qazanır.

27 yaşlı futbolçu qarşı əvvəlki mərc ittihamlarından bəraət qazandıqdan sonra “şəhərlilər” yenidən onun transferi ilə maraqlanır. Razılaşmanın dəyəri təxminən 57-68 milyon avro arasında proqnozlaşdırılır.

Qeyd edək ki, əvvəlki mövsümlərdə “Mançester Siti” artıq Paquetaya maraq göstərmiş, lakin mərc qalmaqalları səbəbindən transfer baş tutmamışdı.

Keçən mövsüm Paqueta “Vest Hem”in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 5 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr