AZ

Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.

“Report”un yerli bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
16
22
cebheinfo.az

10Mənbələr