AZ

Xırdalanda 48 yaşlı kişinin meyiti TAPILDI

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, 1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Seçilən
18
22
bizim.media

10Mənbələr