AZ

“OPEC+” neft hasilatını sutkada 547 min barel artıracaq


“OPEC+” alyansına daxil olan səkkiz ölkə sentyabr ayında neft hasilatını sutkada 547 min barel artıracaq.
Yeniavaz.com
xəbər verir ki, məlumat OPEC-in rəsmi saytında yerləşdirilən yekun bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, hasilatın artırılması qərarı neft bazarında tələbin artması və ehtiyatların azalması ilə əlaqəli "sağlam fundamental amillər" nəzərə alınaraq qəbul edilib.
Eyni zamanda, bəzi “OPEC+” ölkələrinin əvvəlki dövrdə könüllü azalmalar fonunda müəyyən qədər əlavə hasilata yol verdiyi bildirilib. Bu səbəbdən sentyabrda real hasilat artımı 528 min barel/gün həcmində olacaq.
Bu qərar “OPEC+” “səkkizliyi”nə 2,2 milyon barel/gün səviyyəsində tətbiq olunan könüllü hasilat ixtisarlarını ilkin plandan bir il əvvəl ləğv etməyə şərait yaradacaq. Eyni zamanda, sutkada 302 min barel əlavə hasilat artımı əvvəlki ixtisar hədlərini üstələyəcək.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr