ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
“OPEC+” alyansına daxil olan səkkiz ölkə sentyabr ayında neft hasilatını sutkada 547 min barel artıracaq.
Yeniavaz.com xəbər verir ki, məlumat OPEC-in rəsmi saytında yerləşdirilən yekun bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, hasilatın artırılması qərarı neft bazarında tələbin artması və ehtiyatların azalması ilə əlaqəli "sağlam fundamental amillər" nəzərə alınaraq qəbul edilib.
Eyni zamanda, bəzi “OPEC+” ölkələrinin əvvəlki dövrdə könüllü azalmalar fonunda müəyyən qədər əlavə hasilata yol verdiyi bildirilib. Bu səbəbdən sentyabrda real hasilat artımı 528 min barel/gün həcmində olacaq.
Bu qərar “OPEC+” “səkkizliyi”nə 2,2 milyon barel/gün səviyyəsində tətbiq olunan könüllü hasilat ixtisarlarını ilkin plandan bir il əvvəl ləğv etməyə şərait yaradacaq. Eyni zamanda, sutkada 302 min barel əlavə hasilat artımı əvvəlki ixtisar hədlərini üstələyəcək.
Qeyd edək ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bu quruma üzv olmayan, lakin neft bazarında mühüm rol oynayan ölkələrin (Rusiya, Qazaxıstan, Azərbaycan, Meksika, Malayziya, Bəhreyn, Oman, Sudan, Cənubi Sudan və Bruney.) yaratdığı alyansdır. Bu format 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi qlobal neft bazarında sabitliyi təmin etmək, qiymət dalğalanmalarının qarşısını almaqdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.