AZ

Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.
 
1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
9
22
moderator.az

10Mənbələr