AZ

ABŞ Türkiyənin icazəsi olmadan bunu edə bilməz

ABŞ Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Montrö Konvensiyasına uyğun olaraq, Türkiyədən icazə almalıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti yazıb.

Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner bildirib ki, konvensiya hərbi gəmilərin Qara dənizə daxil olmasını və onların bölgədə qalma müddətini məhdudlaşdıran təhlükəsizlik rejimini nəzərdə tutur.

"Türkiyənin belə bir icazə verəcəyini qətiyyən düşünmürəm", - deyə o vurğulayıb.

Seçilən
66
12
publika.az

10Mənbələr