AZ

Türkiyənin dəri ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 132 milyon 770 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 1 milyard 488 milyon 430 min dollar məbləğində dəri ixrac edib.

Seçilən
10
turkic.world

1Mənbələr