AZ

Cüdoçularımız Avropada 4 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a verilən məlumata görə, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. Nihad Məmişov (60 kiloqram) və Əbil Yusubov (73 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (60 kiloqram) gümüş, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Hələlik aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan ümumi komanda hesabında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 26 ölkədən 226 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.

Seçilən
24
5
axar.az

10Mənbələr