AZ

Cüdoçularımızdan 4 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

 

Sfera.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb.

 

-60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

 

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. 

 

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.

Seçilən
42
32
sfera.az

10Mənbələr