LAÇIN, 3 avqust. TELEQRAF
Laçın meşəsində ayı balası görünüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ayı balası Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb.
Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Sözügedən kadrlarıyasaqlıq əməkdaşı tərəfindən lentə alınıb.
Laçın təbiətində, qonur ayı, canavar,adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran,maral, cüyür, qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxil olan heyvanlara rast gəlinir.