AZ

Laçın meşəsində ağaca dırmanan ayı balasının maraqlı hərəkətləri - FOTOLAR

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı görüntüləri ilə diqqət çəkib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxil olan heyvanlara rast gəlinir.

Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib. Həmin anlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib.

Seçilən
34
8
azerbaijan-news.az

10Mənbələr