Laçın. Trend:
Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir oqədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çoxcanlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlıgörüntüləri ilə diqqət çəkib.
Trend-in yerlimüxbiri xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, aditülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür,qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxilolan heyvanlara rast gəlinir.
Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkənmaraqlı anları ilə diqqət çəkib. Kadrlar Laçın Dövlət TəbiətYasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb.Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonraoradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həminkadrları təqdim edirik.
Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlikqaydaları nəzərə alınaraq çəkilib.