Türkiyəli aktyor-müğənni Özcan Dəniz ssenarisini yazdığı və rejissoru olduğu “Son Yemek”adlı filmdə baş rolu canlandıracaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, filmdə aktyorun tərəf müqabili Öykü Karayel olacaq.
İstanbulda çəkiləcək film sentyabrın sonunda istehsala buraxılacaq.
Qeyd edək ki, Ö. Dəniz son olaraq “Kızıl Goncalar”da rol alıb.