Türkiyəli aktyor-müğənni Özcan Dəniz ssenarisini yazdığı və rejissoru olacağı “Son Yemek”adlı filmdə baş rolu canlandıracaq. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, filmdə aktyorun tərəf müqabili Öykü Karayel olacaq. İstanbulda çəkiləcək film sentyabrın sonunda istehsala buraxılacaq.
Qeyd edək ki, Ö. Dəniz son olaraq “Kızıl Goncalar”da rol alıb.