“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi futbolçu Bilal İsmayılovu heyətinə qatıb. 


21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.


"Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Sezar Henrike, David Tomas Dos Santos Oliveyra və Rikardo Apolinarionu transfer edib.