AZ

"Şamaxı" "Zenit"in yetirməsini transfer etdi

“Şamaxı” klubu yeni futbolçu transfer edib.

Publika.az "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Bilal İsmayılovla 1 illik müqavilə bağlanılıb.

İsmayılovun sonuncu iş yeri I Liqa təmsilçisi "Cəbrayıl" olub. O, futbola Rusiyada "Zenit"in uşaq komandalarında başlayıb. Sonradan gənc futbolçu Sankt Peterburqun "Zvezda", "Qəbələ"nin U-19 və əvəzedici kollektivlərində çıxış edib.

Seçilən
65
5
publika.az

6Mənbələr