ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Şamaxı” klubu yeni futbolçu transfer edib.
Globalinfo.az “şirlər”in rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Bilal İsmayılovla 1 illik müqavilə bağlanılıb.
İsmayılovun sonuncu iş yeri I Liqa təmsilçisi “Cəbrayıl” olub. O, futbola Rusiyada “Zenit”in uşaq komandalarında başlayıb. Sonradan gənc futbolçu Sankt Peterburqun “Zvezda”, “Qəbələ”nin U-19 və əvəzedici kollektivlərində çıxış edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.