AZ

Güləşçimiz dünya çempionu olub

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın altıncı günündə sərbəst güləşçilər arasında ilk medalçıları bəlli olub.

Xalçaya çıxan pəhləvanlarımızdan ikisi yarımfinala vəsiqə qazanıb.

U-17 dünya çempionatı
Sərbəst güləş
48 kq

Rəvan Həsənzadə bürünc uğrunda yarışıb. Güləşçimiz İslam Rabadanova (UWW) 9:11 hesabı ilə uduzaraq, yarışı medalsız başa vurub.

65 kq
Hüseyn İsmayılov finalda Arseni Kikiniou ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb və təmsiçimiz sonuncu xal hesabı qalib elan olunub. Hüseyn dünya çempionu tituluna yiyələnib.

110 kq
Hakim Tağıyev 3-cü yer uğrunda görüşdə Stefan Stefanovla yarışıb. Mübarizə 1:1 hesabı ilə başa çatıb və güləşçimiz qalib olunub. O, dünya çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, dünya çempionatına avqustun 3-də yekun vurulacaq.

İdman.biz

Seçilən
21
1
idman.biz

2Mənbələr