AZ

Güləşçimiz dünya çempionu oldu

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, mundialın altıncı günündə sərbəst güləşçilər arasında ilk medalçıları bəlli olub.

Xalçaya çıxan pəhləvanlarımızdan ikisi yarımfinala vəsiqə qazanıb.

U-17 dünya çempionatı
Sərbəst güləş
48 kq

Rəvan Həsənzadə bürünc uğrunda yarışıb. Güləşçimiz İslam Rabadanova (UWW) 9:11 hesabı ilə uduzaraq, yarışı medalsız başa vurub.

65 kq
Hüseyn İsmayılov finalda Arseni Kikiniou ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb və təmsiçimiz sonuncu xal hesabı qalib elan olunub. Hüseyn dünya çempionu tituluna yiyələnib.

110 kq
Hakim Tağıyev 3-cü yer uğrunda görüşdə Stefan Stefanovla yarışıb. Mübarizə 1:1 hesabı ilə başa çatıb və güləşçimiz qalib olunub. O, dünya çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, dünya çempionatına sabah yekun vurulacaq.

Seçilən
4
1
football-plus.az

2Mənbələr