AZ

Azyaşlıya qarşı əxlaqsız hərəkətər edən şəxs həbs edilib - YENİLƏNİB

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.

Bu barədə Moderator.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür. Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

17:00

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Moderator.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib:

"Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür. Bu cür əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək".

Seçilən
32
15
moderator.az

10Mənbələr