AZ

Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU

“Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür”.

Bu barərə DİN Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a verilən məlumatda bildirilib.

“Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, – məlumatda deyilir.

Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında etdiyi paylaşımda sözügedən şəxsin saxlanıldığını bildirib.

O qeyd edib ki, yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı dərhal araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

Teymur Mərdanoğlu vurğulayıb ki, bu cür iyrənc və insanlıqdan uzaq əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır:

“Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək. Uşaqlar bizim gələcəyimizdir – onların hüquqlarının və mənəvi təhlükəsizliyinin qorunması hər bir cəmiyyət üzvünün borcudur!”

Seçilən
10
24
editor.az

10Mənbələr