Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Far.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilərək rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı dərhal araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür. Bu cür iyrənc və insanlıqdan uzaq əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən həmin şəxs rayonun Qaratəpə kənd sakini, 1961-ci il təvəllüdlü M.Hüseynov saxlanılıb. Məsələ ilə bağlı araşdırma aparılır.
Uşaqlar bizim gələcəyimizdir – onların hüquqlarının və mənəvi təhlükəsizliyinin qorunması hər bir cəmiyyət üzvünün borcudur!