AZ

KİV: Yekaterinburqda azərbaycanlılara məxsus bazar söküldü

BAKI, 2 avqust. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Benzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.

Qeyd edək ki, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin "Axtarılanlar" siyahısına salınıb.

Seçilən
13
13
teleqraf.com

10Mənbələr