AZ

Yekaterinburqda azərbaycanlılara məxsus bazarLƏĞV EDİLDİ

Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.

Qeyd edək ki, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin "Axtarılanlar" siyahısına salınıb.

Seçilən
7
13
redaktor.az

10Mənbələr