Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “EAGLE PARTNER-2025” adlı erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.
Referans xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadası, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli
Qvardiyasının əsgərləri iştirak edəcək.
Bildirilir ki, tibbi evakuasiya prosedurlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların hazırlanmasını və həyata keçirilməsini
nəzərdə tutur./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta