AZ

ABŞ-də silahlı hücum: Ölənlər var

ABŞ-nin Montana ştatında bir bara edilən silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, rəsmilər hücumla bağlı verdikləri açıqlamada Anakonda şəhərində yerli vaxtla saat 10:30-da bir barda silahlı hücumun baş verdiyini və 4 nəfərin həyatını itirdiyini bildiriblər.

Polis, hücumu törədən şəxsin kimliyinin müəyyənləşdirildiyini, lakin hələlik saxlanılmadığını qeyd edib.

Montana ştatının qubernatoru Qreq Qianforte sosial media hesabında paylaşım edərək hücumla bağlı vəziyyəti yaxından izlədiyini bildirib.

Seçilən
59
cebheinfo.az

1Mənbələr