AZ

Azərbaycanlı aktrisa vəfat edib

Şəki Dövlət Dram Teatrının aktrisası vəfat edib.


Pravda.az xəbər verir ki, bu barədə Şəki Dövlət Dram Teatrı məlumat yayıb.


Bildirilib ki, aktrisa Brilyant Camal qızı Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Qeyd edək ki, o, 1963-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildən Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyoru ixtisasını bitirib.


B.Babayeva Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.

Tarix: 2 Avqust 2025, 14:15   
Seçilən
75
2
pravda.az

3Mənbələr