2025-ci il üzrə məktəbəqədər təhsil müəssisələrində 320 vakant müəllim yeri mövcuddur.
Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ən çox vakant yeri Bakı şəhərindədir. Belə ki, paytaxtda 185 bağça müəllimiyi üzrə vakant yer var. Bu, ümumi vakant yerlərin təxminən 60 faizinə bərabərdir.
Müxtəlif iqtisadi-coğrafi bölgələr üzrə vəziyyət belədir:
Abşeron-Xızı bölgəsi – 17 yerDağlıq Şirvan – 7 yerGəncə-Daşkəsən – 2 yerQarabağ bölgəsi – 18 yerQazax-Tovuz – 24 yerQuba-Xaçmaz – 10 yerLənkəran-Astara – 13 yerMərkəzi Aran – 24 yerŞəki-Zaqatala – 10 yerŞərqi Zəngəzur – 8 yerŞirvan-Salyan – 2 yer
Qeyd edək ki, Mil-Muğan iqtisadi rayonunda bu il üçün bağça müəllimi üzrə heç bir vakant yer yoxdur.