AZ

Bağçalarda ən çox müəllim yeri boş olan bölgələr

2025-ci il üzrə məktəbəqədər təhsil müəssisələrində 320 vakant müəllim yeri mövcuddur.

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ən çox vakant yeri  Bakı şəhərindədir. Belə ki, paytaxtda 185 bağça müəllimiyi üzrə vakant yer var. Bu, ümumi vakant yerlərin təxminən 60 faizinə bərabərdir.

Müxtəlif iqtisadi-coğrafi bölgələr üzrə vəziyyət belədir:

Abşeron-Xızı bölgəsi – 17 yer

Dağlıq Şirvan – 7 yer

Gəncə-Daşkəsən – 2 yer

Qarabağ bölgəsi – 18 yer

Qazax-Tovuz – 24 yer

Quba-Xaçmaz – 10 yer

Lənkəran-Astara – 13 yer

Mərkəzi Aran – 24 yer

Şəki-Zaqatala – 10 yer

Şərqi Zəngəzur – 8 yer

Şirvan-Salyan – 2 yer

Qeyd edək ki, Mil-Muğan iqtisadi rayonunda bu il üçün bağça müəllimi üzrə heç bir vakant yer yoxdur.

E-saglam.az 

Seçilən
37
8
e-saglam.az

9Mənbələr