Yazını böyüt
Yazını kiçilt
Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KAMAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.