AZ

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video

Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Axar.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KAMAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
41
30
axar.az

10Mənbələr