İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Albaniya təmsilçisi “Flamurtari” ilə qarşılaşacaq.
Sınaq matçının Bakı vaxtı ilə saat 18:00-da start götürməsi nəzərdə tutulub.
"Turan Tovuz" hazırlıq çərçivəsində Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) komandaları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq və bununla hazırlığa yekun vuracaq.