AZ

Konfrans Liqasında komandalarımızın potensial rəqibləri

Avqustun 4-də Nyonda (İsveçrə) UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.

7Times.az Oxu.az-a istinadən xəbər verir ki, püşkatma nəticəsində “Araz-Naxçıvan” və “Sabah” klubları potensial rəqiblərini tanıyacaqlar.

“Sabah” 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski”(Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.

Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər, Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer alacaq.

“Araz-Naxçıvan”ın potensial rəqibləri aşağıdakı klublardır: “Larne” (Şimali İrlandiya) – “Santa Klara” (Portuqaliya), “Lozanna-Sport” (İsveçrə) – “Astana” (Qazaxıstan), “Klaksvik” (Farer adaları) – “Neman” (Belarus), “Vikinqur” İslandiya) – “Bröndbü”(Danimarka), “Hayduk” (Xorvatiya) – “Dinamo Siti” (Albaniya), “Riqa” (Latviya) – “Beytar” (İsrail), “Aris” (Kipr) – AEK (Yunanıstan), “Banik” (Çexiya) – “Austriya” (Avstriya), “Universitatya” (Krayova, Rumıniya) – “Spartak” (Slovakiya), “Rusenborq”(Norveç) – “Hammarbü”(İsveç), AİK(İsveç) – “Dyör” (Macarıstan), “Kauno Jalgiris” (Litva) – “Arda” (Bolqarıstan), “Polessye” (Ukrayna) – “Pakşi” (Macarıstan).

Eləcə də UEFA Avropa Liqasının 3-cü turunun məğlubları “Araz-Naxçıvan”ın potensial rəqibi olacaqlar: “Servett” (İsveçrə) – “Utrext” (Niderland), PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya), “Fredrikstad” (Norveç) – “Midtyülland” (Danimarka), AEK (Kipr) – “Legia” (Polşa) və “Hekken” (İsveç) – “Brann” (Norveç).

Öz növbəsində, “Sabah”ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: “Fiorentina” (İtaliya), “Kristal Pelas” (İngiltərə), “Rayo Valyekano” (İspaniya), “Maynts” (Almaniya), “Strasburq” (Fransa), həmçinin 3-cü turun qalibləri “AZ Alkmaar” (Niderland) – “Vaduts”(Lixtenşteyn), “Rapid” (Avstriya) – “Dandi Yunayted” (Şotlandiya), “Anderlext” (Belçika) – “Şerif” (Moldova), “Vikinq” (Norveç) – “Başakşəhər” (Türkiyə), “Partizan” (Serbiya) – “Hibernian” (Şotlandiya), “Rakuv” (Polşa) – “Makkabi” (Hayfa, İsrail), “Balkani”(Kosovo) – “Şemrok Rovers”(İrlandiya), “Sent-Patriks”(İrlandiya) – “Beşiktaş”(Türkiyə), “Silkeborq” (Danimarka) – “Yagelloniya” (Polşa), həmçinin AL-da 3-cü mərhələdə “Panathinaikos” (Yunanıstan) – “Şaxtyor” (Ukrayna) və ÇFR (Rumıniya) – “Braqa” (Portuqaliya) cütlərinin məğlubları.

Püşkatma saat 16:00-da başlayacaq. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.

Seçilən
28
10
7times.az

10Mənbələr