Avqustun 4-də Nyonda (İsveçrə) Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
Sitat.info xəbər verir ki, “Araz-Naxçıvan” və “Sabah” klubları da potensial rəqiblərini tanıyacaq. “Sabah” 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski”(Sofiya), “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.
Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlə, Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer alacaq.