AZ

Messi “İnter Mayami”də rəhbər vəzifə tutacaq

BAKI, 2 avqust. TELEQRAF

Argentinalı futbolçu Lionel Messi peşəkar karyerasını başa vurduqdan sonra Amerikanın “İnter Mayami” klubunda rəhbər vəzifə tuta bilər.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq bənd Messinin "İnter Mayami" ilə yeni müqaviləsində yer alacaq.

Qeyd olunur ki, tərəflər danışıqları davam etdirirlər və yeni saziş üç il və ya daha çox müddətə ola bilər. Argentinalı karyerasını bitirmək istəsə, istənilən vaxt müqaviləni poza biləcək.

Qeyd edək ki, 38 yaşı futbolçu 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Seçilən
19
1
teleqraf.com

6Mənbələr