AZ

Messi "İnter Mayami"də rəhbər vəzifəyə təyin olunacaq

Argentinalı ulduz futbolçu Lionel Messi peşəkar karyerasını başa vurduqdan sonra hazırda çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunda rəhbər vəzifə tuta biləcək.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq bənd Messinin "İnter Mayami" ilə yeni müqaviləsində qeyd olunacaq.

Bildirilir ki, tərəflər danışıqları davam etdirirlər və yeni saziş üç il, yaxud da daha uzun müddətə ola bilər.

Xatırladaq ki, Messinin 38 yaşı var və 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

Seçilən
33
4
moderator.az

6Mənbələr