AZ

Kamçatkada bir saatda üç güclü zəlzələ baş verdi

Rusiyada Kamçatka yarımadasının sahillərində bir saat ərzində 5.0, 5.8, və 5.2 maqnitudalı üç zəlzələ baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Birinci zəlzələ Petropavlovsk-Kamçatskdan 187 km, digərləri isə müvafiq olaraq 238 və 218 km məsafadə qeydə alınıblar. Zəlzələ ocaqları 18,9-44,8 km dərinliklərdə yerləşib. pizza hut

Heç bir halda dağıntı və tələfat haqqında məlumatlar verilməyib.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb. Liman və balıq emalı zavodu su altında qalıb, gəmilər yanalma körpülərindən aralanaraq, axına düşüb. Çin, Tayvan, İndoneziya və Yaponiyada da sunami xəbərdarlığı elan edilib./Oxu.az


Telegram kanalımız
Seçilən
55
24
yenisabah.az

10Mənbələr