AZ

Kamçatkada bir saat ərzində maqnitudası 5-dən yuxarı olan üç zəlzələ baş verib

Kamçatka yarımadasının sahillərində yerli vaxtla saat 16:33-17:39 (Bakı vaxtı ilə 20:33 və 21:39) arasında 5,0, 5,8, 5,2 və 5,2 bal gücündə üç zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 187 km, ikinci - 238 km, üçüncü - 218 km aralıda baş verib.

Birinci seysmoloji hadisənin episentri 18,9 km, ikincisi 44,8 km, üçüncüsü isə 33,8 km dərinlikdə yerləşib.

"Cebheinfo.az" 

Seçilən
26
6
cebheinfo.az

10Mənbələr