AZ

Mingəçevirdə avtomobil yaşlı qadını vurub öldürüb

Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

Seçilən
36
4
far.az

10Mənbələr