BAKI, 1 avqust. TELEQRAF
Rusiyanın Tver vilayətinin Kalyazin rayonunda Volqa çayında iki gəmi toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlardan 3-ü tibb müəssisəsinə aparılıb, 1 nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.