AZ

Rusiyada 2 gəmi toqquşdu – xəsarət alanlar var

BAKI, 1 avqust. TELEQRAF

Rusiyanın Tver vilayətinin Kalyazin rayonunda Volqa çayında iki gəmi toqquşub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 3-ü tibb müəssisəsinə aparılıb, 1 nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr