Azərbaycanın Çempionlar Liqasında təmsilçisi olan "Qarabağ" klubu üçün növbəti mərhələdəki (pley-off) mümkün rəqiblər artıq dəqiqləşməyə başlayıb.
Far.Az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Şimali Makedoniya klubu "Şkendiya"nı məğlub etdiyi təqdirdə, onun pley-offdakı rəqibi avqustun 4-də İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.
"Qarabağ"ın qarşılaşa biləcəyi potensial rəqiblər arasında aşağıdakı klublar yer alır:
"Budyo Qlimt" (Norveç)
"Seltik" (Şotlandiya)
"Malmö" – "Kopenhagen" cütünün qalibi
"Lex" – "Srvena Zvezda" cütünün qalibi
"Ludoqorets" – "Ferentsvaroş" cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsinin qarşılaşmaları 2025-ci il avqustun 19/20-də və 26/27-də baş tutacaq.