AZ

"Qarabağ"ın pley-off-dakı potensial rəqibləri məlum oldu

Azərbaycanın Çempionlar Liqasında təmsilçisi olan "Qarabağ" klubu üçün növbəti mərhələdəki (pley-off) mümkün rəqiblər artıq dəqiqləşməyə başlayıb.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Şimali Makedoniya klubu "Şkendiya"nı məğlub etdiyi təqdirdə, onun pley-offdakı rəqibi avqustun 4-də İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.

"Qarabağ"ın qarşılaşa biləcəyi potensial rəqiblər arasında aşağıdakı klublar yer alır:

"Budyo Qlimt" (Norveç)

"Seltik" (Şotlandiya)

"Malmö" – "Kopenhagen" cütünün qalibi

"Lex" – "Srvena Zvezda" cütünün qalibi

"Ludoqorets" – "Ferentsvaroş" cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsinin qarşılaşmaları 2025-ci il avqustun 19/20-də və 26/27-də baş tutacaq.



Seçilən
22
1
news24.az

2Mənbələr