AZ

Qavi: Ter Ştegen Barselona nın əfsanəsidir

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın futbolçusu Qavi komandanın qapıçısı Mark-Andre ter Ştegenin kapitanlıq sarğısından məhrum edilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi deyib: 

"Mark komandanın birinci kapitanıdır. O, çox ağır zədədən çıxır. Mark klubun əfsanəsidir və onun kim olduğu üçün ona hörmət etməliyik. Zədədən qayıtdıqdan sonra hər şey məşqçinin qərarından asılı olacaq. Amma bir şey aydındır ki, o, klubun əfsanəsidir və hörmətə layiqdir".

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı "Barselona"nın artıq ter Ştegenin xidmətlərinə ciddi şəkildə ümid etmədiyini yazmışdı. Bildirilir ki, 2026-cı il dünya çempionatı öncəsi əsas heyətdə oynamaq istəyən alman qapıçı bu qış komandadan ayrılaraq daha çox oyun praktikası qazana biləcəyi kluba keçə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
qol.az

4Mənbələr