AZ

Aqrar Sığorta Fondu birinci yarımildə nə qədər sığorta ödənişi həyata keçirib?

Aqrar Sığorta Fondu müxtəlif hadisələr səbəbindən zərərlə üzləşmiş fermer və təsərrüfatlara 2025-ci ilin yanvar-iyun aylarında (ilk yarım il) 4 milyon 435 min manat sığorta ödənişi həyata keçirib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 571 min manat və ya 55% artıqdır.

Qeyd edilib ki, sığorta ödənişinin 4 milyon 245 min manatı bitkiçilik məhsulları üzrə (əkin sahələrinə), 190 min manatı isə heyvandarlıq təsərrüfatlarına edilib.

Sığorta ödənişlərinin verilməsi ilə nəticələnən əsas sığorta hadisələri bitkiçilikdə dolu, fırtına, qasırğa, sel-subasma halları, heyvandarlıqda yoluxucu xəstəliklər və zəhərlənmə hallarıdır.

Seçilən
15
1
day.az

2Mənbələr