Aqrar Sığorta Fondu müxtəlif hadisələr səbəbindən zərərlə üzləşmiş fermer və təsərrüfatlara 2025-ci ilin yanvar-iyun aylarında (ilk yarım il) 4 milyon 435 min manat sığorta ödənişi həyata keçirib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Aqrar Sığorta Fondundan məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 571 min manat və ya 55% artıqdır.
Qeyd edilib ki, sığorta ödənişinin 4 milyon 245 min manatı bitkiçilik məhsulları üzrə (əkin sahələrinə), 190 min manatı isə heyvandarlıq təsərrüfatlarına edilib.
Sığorta ödənişlərinin verilməsi ilə nəticələnən əsas sığorta hadisələri bitkiçilikdə dolu, fırtına, qasırğa, sel-subasma halları, heyvandarlıqda yoluxucu xəstəliklər və zəhərlənmə hallarıdır.