Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
KONKRET.az xəbər verir i, gənc yazar Kəramət Böyükçöl demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilində 40 min söz var:
“Hərdən özümüzü şişirtməyi xoşlayırıq. Bu qədər sözün qarşılığında 15 mini belə işlək deyil. 15 min sözlə yazmaq, düşünmək hara, ingilis dilində 1 milyon 200 min sözlə yazı yazmaq hara. Ona görə də cəmiyyətimizdə yalnız ana dilində danışılsa, yazılsa da yenə də dediyim problemlər qalır. Problem ola-ola, ana dilində bir çox insan danışmır. Bəzən fikrini ifadə etməkdə çətinlik çəkirsən. Ona görə ki, dilimizdə həmin söz yoxdur, dilimiz ölüb. Düşünün ki, immuniteti zəif olan bir dilə başqa dilləri də qarışdırıblar. Dilimiz yaşlı insanın COVID-19- a yoluxmasına bənzəyir. Elə Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir. İkisi də ölüb. Meyxanaçı Mehman Əhmədli meyxana deyə bilmədiyi kimi, Arif Babayev də muğam ifa edə bilmirdi. Sanki bu gün muğamın çiyinlərindən ağır bir yük götürüldü”.