AZ

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb.

Msport.az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsinin oyununa təyinat alıb.

E.Məsiyev Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək. Ona yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis olacaq.

Qeyd edək ki, avqustun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Seçilən
45
12
msport.az

10Mənbələr